Fransanın Nitsa şəhərində liseyin qarşısında atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Atışma nəticəsində azı 4 nəfər yaralanıb.
Xəsarət alanlar arasında liseyin 17 yaşlı şagirdi də var.
İlkin məlumatlara görə, atəş pnevmatik silahdan və yaxınlıqdakı evlərdən birinin pəncərəsindən açılıb.
Ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dəyişdirilib.