Nur-Sultan ləğv edilsin, Astana qaytarılsın – Təklif

Nur-Sultan ləğv edilsin, Astana qaytarılsın – Təklif

Qazaxıstanda parlament deputatlarının bir qrupu (Yeni Qazaxıstan) paytaxta Astana adının geri qaytarılmasını təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə deputatların müraciətində deyilir.

“Konstitusiyaya əlavələr ediləcəyi təqdirdə, bu fürsətdən istifadə edərək, əsas qanuna daha bir mühüm dəyişiklik etmək lazımdır. Söhbət paytaxtın əvvəlki adının qaytarılmasından gedir. Bir insanın sağlığında şəhərə adının verilməsini bunu yanlış hesab edirik. Üstəlik, xalq da paytaxtın yeni adını qəbul etməyib. Ona görə də paytaxt Astananın vaxtilə birinci prezidentin (Nursultan. Nazarbayev) təklif etdiyi keçmiş adının qaytarılmasının ədalətli olacağını düşünürük”, – bəyanatda deyilir.

Teqlər: