Fransada koronavirusun üçüncü dalğası başlayıb – Baş nazir

Fransada yeni növ koronavirus (COVİD-19) pandemiyasının üçüncü dalğası başlayıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Baş naziri Jan Kasteks deyib.

Onun sözlərinə görə, bu mərhələ koronavirusun “çoxsaylı ştammları ilə xarakterizə olunur”.

Qeyd edək ki, Fransada 4 milyondan artıq koronavirusa yoluxma halı qeydə alınıb, yoluxanlardan təxminən 90 min nəfər vəfat edib.