Fransada koronavirusla bağlı təcrid müddəti azaldılacaq

Fransada karantin dövründə tam peyvənd olunan şəxslərin COVID-19 ilə bağlı verilən testin nəticəsi pozitiv olduğu təqdirdə təcrid müddəti 10 gündən 7 günə, təkrar test neqativ çıxdıqda isə 5 günə qədər qısaldılacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran bildirib.

Nazir bildirib ki, karantin dövründə test nəticəsi neqativ olarsa, təcrid müddəti beş gündən sonra ləğv oluna bilər:

“Peyvənd olunmayanlar 10 gün özünü təcrid etməli olacaq, eyni şəraitdə 7 gündən sonra onlar üçün karantindən çıxmaq mümkün olacaq”.