Fransada ötən sutka ərzində koronavirusa 20 366 yeni yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə Agentliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 351 324 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 57 nəfər, hazırkı dövrədək isə 118 373 nəfər vəfat edib.