Fransada koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransada son sutka ərzində 208 min nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Olivye Veran parlamentdə çıxışı zamanı deyib.

Qeyd olunur ki, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.


Bu günədək Fransada 9,3 milyondan çox şəxs koronavirusa yoluxub, 123 188 nəfər vəfat edib.