Fransada koronavirusa yoluxanların sayında mütləq rekord qeydə alınıb

Fransada koronavirusa yoluxanların sayında mütləq rekord qeydə alınıb.

Trend xəbər verir ki, son sutka ərzində ölkədə 91 mindən artıq insan bu virusa yoluxub. Beləliklə, ölkədə pandemiyanın 5-ci dalğasının piki yaşanır.

Səhiyyə naziri Olivye Verna bildirib ki, qeydə alınan rəqəmlər vəziyyətin heçdə yaxşı olmadığına dəlalət edir.

Daha əvvəl nazir bildirmişdir ki, cümə axşamı yoluxanların sayı 88 minə yaxın olacaq, lakin rəsmi rəqəmlərə görə, ölkədə 91 608 yeni yoluxma halı aşkarlanıb. Bundan əlavə, Fransada son 24 saat ərzində 179 nəfər koronavirusdan vəfat edib. Reanimasiya şöbələrində olanların sayı isə əvvəlki günə nisbətən 61 nəfər artaraq 3 208-ə çatıb.


Veran həftənin əvvəlində Fransada tezliklə gündə 100,000 yeni COVID-19-a yoluxma halı qeydə alınacağı barədə xəbərdarlıq etmişdi.

.