Fransa hakimiyyəti iğtişaşlar səbəbindən fövqəladə vəziyyətin tətbiqini istisna etmir. Bu, gözlənilən variantlardan biridir.
AzerTimes xəbər verir ki, bu sözləri Fransanın şəhərlər və mənzil-məişət naziri Olivye Kleyn deyib.
“Bu gün hər şey masanın üstündədir, heç nədən imtina etmək olmaz”, – nazir bildirib.
Qeyd edək ki, Fransada iyunun 27-də Nanter şəhərində polis əməkdaşlarının 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra iğtişaşlar başlayıb.