Ehtiyatda olan mayor vəfat etdi – Foto

Ehtiyatda olan mayor vəfat etdi – Foto

Ehtiyatda olan mayor Rövşən Mərdan oğlu Nağıyev vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə “Hərbi Azərbaycan” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, R. Nağıyev Bakı şəhərində, ürək çatışmazlığından dünyasını dəyişib. O eyni zamanda Vətən müharibəsi iştirakçısıolub.

Qeyd edək ki, R.Nağıyev “Vətən müharibəsində göstərdiyi şücaətə görə”, “Xocavəndin azad olunması görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!!

Teqlər: