Fransada “Delta” ştammı yayılmaqda davam edir

Fransada “delta” adlandırılan hindistan ştammından qaynaqlanan koronavirusun yayılması son beş gündə artıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Səhiyyə nazirı Olivye Veran bildirib.

“Son beş gündə virusun yayılması azalmır, əksinə daha da güclənir. Buna səbəb çox yoluxucu olan “delta” ştammıdır”, nazir “Twitter” səhifəsində yazıb.

Səlahiyyətli orqanlar Fransada epidemiyanın başlanğıcından 5.7 milyondan çox koronavirus infeksiyasına yoluxma hadisəsi aşkar edilmişdir ki, bunlardan da 2.5 mini son 24 saat ərzində qeydə alınıb. Respublikada ümumilikdə 111 mindən çox insan sözügedən xəstəliyin qurbanı olub.