Fransada COVID-19 5-ci dalğasının sürətlə yayılması barədə xəbərdarlıq edilib

Fransa hakimiyyəti COVID-19 koronavirusun növbəti dalğasının çox sürətli yayılmasının əlamətlərini görür.

Trend xəbər verir ki, bunu hökumət sözçüsü Qabriel Attal bildirib

O pandemiyanın beşinci dalğasının ildırım sürəti ilə başladığını deyib. Attal vurğulayıb ki, ölkədə son həftə ərzində yoluxanların sayında 80%-dək artım qeydə alınıb.


Hökümət sözçüsü qeyd edib ki, belə vəziyyətdə dövlət müvafiq sanitar pasportların istifadəsini daha da gücləndirmək niyyətindədir.

Ötən gün Fransa Səhiyyə Nazirliyi koronavirusa daha 22,6 min nəfərin yoluxduğunu və xəstələrdən 23 nəfərin həyatını itirdiyini bildirmişdir.