Fransada atışma olub, ölən var

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransanın cənubundakı Nitsa şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, şəhərin mərkəzi hissəsində baş vermiş hadisə nəticəsində bir nəfər həlak olub.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Atəş açan şəxsin axtarışları aparılır.

İnsidentin təfərrüatları barədə digər məlumatlar verilməyib.