Aprelin 4-ə keçən gecə Fransa ərazisində aprel ayı üçün rekord
şaxta qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Meteorologiya Xidməti
bildirib.
Qeyd olunur ki, Marna departamentinin Murmelon-le-Qran şəhərində
9,3 dərəcə şaxta, Nyevr departamentinin Never şəhərində 7 dərəcə
şaxta qeydə alınıb.
Bundan başqa, Fransanın şərqindəki Nansi, Kolmar və Sent-Etyen
şəhərlərində temperatur mənfi 6 dərəcəyədək enib.
Bu göstəricilər Fransada meteoroloji müşahidələrin başladığı
1947-ci ildən bəri aprel ayının ən aşağı temperaturu olub.