Fransada aksiya: yanğın, qarət baş verdi – Video

Fransada aksiya: yanğın, qarət baş verdi – Video

Fransa polisi pensiya islahatına qarşı etiraz aksiyasına çıxan 217 nəfəri saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər soyğunçuluq və yanğın törətməkdə ittiham olunurlar.

Qeyd edək ki, ötən gün aksiya ilə bağlı Parisin mərkəzinə 6 min adam toplaşıb. Onlardan bəziləri şəhərdə yanğın törətməyə başlayıb. Fransa paytaxtının küçələrində yanğının necə alovlandığı, avtomobillərin necə yanmasını əks etdirən video-görüntülər yayılıb. Polis qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlardan istifadə edib.

Teqlər: