Fransa və Polşa NATO adından danışa bilməz – İtaliya

Fransa və Polşa NATO adından danışa bilməz – İtaliya

Qərb qoşunlarının Ukraynaya göndərilməsi eskalasiyaya gətirib çıxaracaq və bu, diplomatik həlli mümkünsüz edəcək.

AzerTimes xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.

“NATO qoşunlarının Kiyevə gətirilməsi diplomatiyanın yolunu bağlayacaq, bu, bir istiqamətdə eskalasiyaya doğru addım demək olardı. NATO Ukraynadakı münaqişənin lap əvvəlindən ondan kənarda qalıb və Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsindən bəhs edən Fransa, eləcə də Polşa öz adından danışa bilər, lakin bütün ittifaq qüvvələrin adından danışa bilməz”,- o bildirib.

İtaliyalı nazir hesab edir ki, Kiyevi silahla təmin etmək düzgün addımdır.

Teqlər: