Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər
nazirləri Jan-İv Le Drian və Şeyx Abdullah bin Zayed Əl Nəhyan bu
gün Avropaya enerji daşıyıcıları təchizatının genişləndirilməsi
məsələsini müzakirə ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə Fransa XİN-in mətbuat
xidmətindən bildiriblər.
“Fransanın xarici işlər naziri Avropaya enerji daşıyıcıları
təchizatının şaxələndirilməsini təmin etmək üçün işlərin davam
etdirilməsinin vacibliyini vurğulayıb”, – deyə XİN-dən qeyd
edilib.
Danışıqları zamanı Le Drian həmçinin Fransanın regional
sabitliyə sadiqliyini vurğulayıb.