Fransa və Almaniya sərhədlərinə zəlzələ baş verib

Fransa və Almaniyanın sərhəd hissəsində 4,1 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Karlsrue şəhərindən təxminən 59 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 3 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.