Fransa və Almaniyanın sərhəd hissəsində 4,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Karlsrue şəhərindən təxminən 59 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 3 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.