Fransa Ukraynaya silah tədarükünü üç dəfə artırır

Fransa Ukraynaya silah tədarükünü üç dəfə artırır

Fransa Ukraynaya sursat tədarükünü üç dəfə artırmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko məlumat verib.

“155 kalibrli döyüş sursatlarının tədarükü daimi və aktual məsələdir. Fransa bu mərmiləri müəyyən bir ritmdə çatdırmağı öhdəsinə götürdü. Onları istehsal edənlər indi 24/7 işləyir, Fransanın ixtisaslaşmış müəssisələri fövqəladə iş rejiminə keçdilər. Və yaxşı bir xəbər var – fransızlar istehsal və tədarük sürətini üç dəfə artırmağa qərar verdilər. Bu, çox əhəmiyyətlidir”, – o bildirib.

Teqlər: