Fransa niyə Ukraynaya silah tədarükünü davam etdirir? Mən sağa da, sola da eyni şeyi deyirəm: dəyərlərimizi qorumaq istəyiriksə, Ukraynaya öz sərhədlərini və suverenliyini qorumağa kömək etməliyik.
AzerTimes xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekorn deyib.
O qeyd edib ki, Ukraynanın strateji silah ehtiyatları Rusiyadan daha məhduddur:
“Və Fransa bunu hərbi və mülki dəstəklə kompensasiya edir”.
Lekorn xatırladıb ki, Fransa AB-nin 15 min ukraynalı əsgəri hazırlamaq proqramı çərçivəsində Ukraynadan olan 2 min əsgərə təlim keçəcək.