Fransa UEFA Millətlər Liqasında qalib oldu

Fransa millisi UEFA Millətlər Liqasının final matçında ispan rəqiblərini məğlub ediblər.

AzerTimes-ın məlumatına görə, Milanda baş tutan görüş 2:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.

Hesabı 64-cü dəqiqədə ispan Mikel Oyarsabal açıb, 66-cı dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə Kilian Mbappe fransızlara qələbə qazandırıb.


Beləliklə, hazırkı dünya çempionu Fransa ilk dəfə ikinci dəfə keçirilən Millətlər Liqası turnirinin qalibi olur. Yarışların ilk qalibi isə Portuqaliya komandası olub.

Teqlər: