Fransa Türkiyə və Yunanıstanla birlikdə Ukraynanın Mariupol
şəhərindən mülki əhalinin təxliyəsi üçün birgə humanitar əməliyyat
keçirəcək.
Trend xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Aİ
Zirvı görüşü sonrası mətbuat konfransı zamanı söyləyib.
Onun sözlərinə görə, hazırda şəhərdə 150 mindən artıq mülki
vətəndaş var.
“Mən və Rusiya prezidenti Vladimir Putin yaxın 48-72 saat
ərzində telefon danışığı zamanı bu məsələni müzakirə edəcəyik”, –
E.Makron bildirib.