Fransa hakimiyyəti iş admaları ilə birlikdə süni intellektin inkişafına ümumilikdə 2,2 milyard avro sərmayə qoymağı planlaşdırdığını açıqladı.
Trend xəbər verir ki, plana görə, 1,5 milyard avro dövlət büdcəsindən, qalan vəsait isə özəl sektor tərəfindən maliyyələşdiriləcək.
Süni intellekt üzrə ali təhsilə təxminən 700 milyon avro xərclənəcək. O cümlədən, bu sahə üzrə mütəxəssis hazırlığı üçün bakalavriatda 2 minə yaxın, magistraturada isə 1,5 min yerin yaradılması nəzərdə tutulur.