Fransa Senatının üzvü Azərbaycana səfər edəcək

Fransa Senatının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule sabah Azərbaycana səfər edəcək.

Bunu AzerTimes-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən deyiblər.

Qeyd olunub ki, mayın 24-nə kimi davam edəcək səfər çərçivəsində fransalı senator Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə də gedəcək.

Bundan başqa, N.Qule Mərkəzdə Qarabağdakı vəziyyət və digər məsələlərlə bağlı müzakirələrdə iştirak edəcək.

Teqlər: