Fransa Senatı Bakı əleyhinə qətnaməni buna görə qəbul etdi

Fransa Senatı Bakı əleyhinə qətnaməni buna görə qəbul etdi

Fransa Senatının qətnaməsi ölkədəki erməni diasporuna xoş olmaq üçün qəbul edilib.

AzerTimes xəbər verir ki, bu barədə Report-a açıqlamasında Fransa Senatının üzvü Natali Qule bildirib.

Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin tənzimlənməsinin vacib olduğu hazırkı mərhələdə lazımsız və yersiz qərardır:

“Ermənistan COP29-un Bakıda keçirilməsinin lehinə səs verib. Fransa Senatının qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərə xələl gətirir. Bu qərar Fransanı sülhün bərpa olunması kontekstində etibarlı tərəfdaş kimi istisna edir. Bu sənəd yalnız erməni diasporunu sevindirmək üçün qəbul edilir”.

Xatırladaq ki, Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib. Sənəddə hökumətə Azərbaycana qarşı sanksiyaların tətbiqi tövsiyə olunub.

Teqlər: