Fransa şad oldu: İrəvana missiya göndərir…

Fransa şad oldu: İrəvana missiya göndərir…

Fransa AB-nin Ermənistanda yeni mülki missiyasında iştirak etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu sözləri Fransanın XİN rəhbəri Ketrin Kolonna qeyd edib.

“Bu, çox vacib qərardır və Fransa Avropanın bu missiyasında iştirak etməyə şad olar”, – o qeyd edib.

Xatırladaq ki, AB Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa Birliyinin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın mandatı 2 il olacaq.

Bəzi ekspertlər AB-nin bu “mülki missiyası”nın 200 nəfərlik heyətinin sabiq hərbçilərdən təşkil olunduğunu və Ermənistana Qərb hərbi kontingentin yerləşdirilməsinə hazırlıq görüldüyünü bildirir.

Teqlər: