Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Riviere
Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları” (“DXR”
və “LXR”) tanınmasını BMT Nizamnaməsini pozuntusu adlandırıb və
əlavə edib ki, belə bir addım Avropa tərəfindən sanksiyaların
tətbiq edilməsinə səbəb ola bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa
nümayəndəsi bu fikirləri hazırda davam edən BMT Təhlükəsizlik
Şurasının Ukrayna ətrafında vəziyyətlə bağlı iclasından əvvəl
səsləndirib.
“Bu, açıq-aydın beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Bu, 2202 saylı qətnamənin, Minsk razılaşmalarının, BMT
Nizamnaməsinin pozulmasıdır. Bu qərarın Avropa tərəfindən
nəticələri olacaq, biz sanksiyalar tətbiq edə bilərik”, – N.
Riviere bildirib.