Fransa prezidenti Rusiya və Ukrayna başçıları ilə telefonla danışıb

Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna
prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon
danışığı aparıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “BFMTV” telekanalının jurnalistləri
Yelisey sarayına istinadən bildiriblər.

Onların verdiyi məlumata əsasən, E.Makron V.Putinlə bir saat
qırx beş dəqiqə danışıb. Qeyd olunub ki, dövlət başçıları “Ukraynada böyük münaqişənin qarşısını almaq üçün mümkün və zəruri
səyləri” müzakirə ediblər

Fransa prezidentinin V.Zelenski ilə söhbət yarım saat davam
edib, təfərrüatlar hələ açıqlanmayıb.

Teqlər: