Fransa polisi nümayışçılərə qarşı gözyaşardıcı qaz istifadə edib

Polis Nitsa Bələdiyyə başçısı Kristian Estrosinin evinin qarşısında nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

AzerTimes-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə “Nice-Matin” qəzeti yazıb.

“Nitsa şəhərində sanitar buraxılış vərəqələrinə qarşı keçirilən nümayişin bir hissəsi olaraq Kristian Estrosinin evinin pəncərələri altında nümayiş keçirmək istən şəxsləri polis gözyaşardıcı qazla uzaqlaşdırıb”, – məlumatda deyilir.


K.Estrosi etirazçıların təxribatlarına boyun əyməyəcəyini söyləyib və ailəsinin təhlükəsizliyini təmin etdiyi üçün polisə təşəkkür edib. Etiraz aksiyası kafe, restoran, böyük ticarət mərkəzlərinə keçmək, habelə təyyarə və şəhərlərarası qatarlarla səyahət etmək üçün sanitar buarxılış vərqələri tətbiqinin əleyhdarları tərəfindən təşkil edilib.

Teqlər: