Fransa polisi Martinikada 650 kq kokaini ələ keçirib

Fransa polisi Martinikada 650 kq kokain ələ keçirib, yeddi nəfər saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə BFMTV televiziya kanalı xəbər verib.

Məlumata əsasən, yük Venesueladan balıqçı qayığında adaya gətirilib. Adada cinayətkarları şərikləri gözləyirdi. Onlar həmin yükü furqona daşıyıblar.


Hüquq-mühafizə işçiləri yükün gəlməyini əvvəlcədən bilirdilər. Bu da onlara qayığı izləməyə və cinayətkarları saxlamağa imkan verib. Onlardan üçünün maşında, qalanlarının isə qayıqda saxlanılıb.