Fransa öz ordusunu zərbə altında saxlayır

Fransa öz ordusunu zərbə altında saxlayır

Fransa Ukraynanı yerli istehsal olan hərbi texnika ilə təmin edərək milli ordunu zərbə altında qoyur. Ordumuz əziyyət çəkir, amma biz hələ də Ukraynaya silah və pul veririk.

AzerTimes xəbər verir ki, bunu fransalı siyasətçi Düpon Enyan deyib.

“Paris öz sərhədlərinin müdafiəsi üçün ciddi vəsait çatışmazlığına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirir. 2022-ci ilin əvvəlində əməliyyatlarda iştirak edən Beşinci Respublikanın Hərbi Dəniz Qüvvələrinin yeganə işləyən təyyarədaşıyan gəmisi “Şarl de Qoll” xüsusi raket əleyhinə sistemlərlə təchiz olunmayıb”, – o bildirib.

Teqlər: