Fransa Mayotda yenidən əməliyyata başlayır

Fransa Mayotda yenidən əməliyyata başlayır

Fransa hökumətinin dənizaşırı Mayotda təhlükəsizliyə, qeyri-müntəzəm immiqrasiyaya və antisanitar mənzillərə qarşı bir il əvvəl başladığı “Vuambuşu” əməliyyatından sonra bu dəfə “Mayotte Place net” əməliyyatına start verilib.

AzerTimes Azərtac-a istinadən xəbər verir ki, müxalif partiyalar dövləti uğursuzluqda təqsirləndirir.

“Darmaninin reklam sütunları istər Marseldə, istərsə də Mayotda olsun, istər “Place Net XXL”, istərsə də “Vuambuşu əməliyyatı” adlansın, həmişə eyni nəticə verir: acı uğursuzluq”, – deyə fransız senator Stefan Ravye X sosial şəbəkəsində Komor adaları arxipelaqının Mayot şəhərində yeni təhlükəsizlik əməliyyatının başlanmasına münasibət bildirərək yazıb.

Daxili işlər nazirinin məlumatına görə, Mayotda 11 həftə davam edəcək, 60 nəfəri həbs etmək və 1300 daxmanı dağıtmaq məqsədi daşıyan əməliyyata 1700 jandarm, polis və əsgər səfərbər olunub. Bu isə əvvəlki əməliyyatdan iki dəfə çoxdur.

Adada vəziyyət çox kövrəkdir və əvvəlki əməliyyatın uğursuzluğu çoxlu tənqidlərə səbəb olub. 2019-cu il Avropa seçkilərində RN-in 46 faizdən çox səs topladığı Mayotda məşhur olan Marin Le Pen artıq aprelin 17-də deputat Andre Rouge ilə adaya gedəcəyini açıqlayıb.

Mayotda 50 faiz əcnəbi yaşayır, onların üçdəbiri qeyri-qanuni mühacirdir. Yerli hüquq professoru A.Horinin fikrincə, əməliyyatın elan olunmuş müddəti çox qısadır. O, çox zəif hesab etdiyi icra hakimiyyətinin tətbiq etdiyi sistemi də pisləyir.

Teqlər: