Fransa əsgərləri Bukingem sarayında: tarixdə ilk – Foto

Fransa əsgərləri Bukingem sarayında: tarixdə ilk – Foto

Britaniya və Fransa əsgərləri ilk dəfə Bukingem sarayında keşikçilərin dəyişməsi mərasimində rol dəyişiblər.

AzerTimes xəbər verir ki, bununla da fransız əsgərləri tarixdə ilk dəfə Bukingem sarayını mühafizə etmiş olub.

Bu mərasim Fransa-Britaniya dostluq əlaqələri və “Entente Cordiale”nin 120 illiyinə həsr olunmuş addımdır. Səhhəti səbəbindən Kral III Çarlz mərasimdə iştirak edə bilməyib, lakin onu Edinburq hersoqu Şahzadə Edvard və xanımı Edinburq hersoginyası Sofi əvəzləyib. Britaniyalı əsgərlər də Parisdəki Yelisey Sarayının qarşısında prezident mühafizəsini təmin etmək üçün fransız əsgərlərə qoşulublar.

1904-cü ildə imzalanmış “Entente Cordiale” sazişi bu günə qədər Britaniya-Fransa ittifaqının təməli kimi qəbul edilir və iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılmasında xüsusi rol oynayıb.

Teqlər: