Fransa DÇ finalının təkrar keçirilməsini istəyir

Fransa DÇ finalının təkrar keçirilməsini istəyir

Fransanın “Mesopinions” platformasında 2022-ci il dünya çempionatının final oyununun təkrar keçirilməsi tələbi ilə petisiya yerləşdirilib.

AzerTimes xəbər verir ki, petisiyanı 200 mindən çox insan imzalayıb.

Petisiyada oyunun hakimliyindən narazılıq ifadə olunub.

Xatırladaq ki, dekabrın 18-də Argentina millisi turnirin finalında Fransa yığmasını məğlub edib. Əsas hissə 2:2 hesabı ilə başa çatıb, əlavə vaxtda komandalar hər ikisi bir dəfə fərqlənib (3:3), penaltilər seriyasında isə argentinalılar daha dəqiq olub – 4:2.

Teqlər: