Fransa dağılır, Makron görün haradadır – Video

Fransa dağılır, Makron görün haradadır – Video

Fransa Prezidenti Emmanuel Makronun ölkənin paytaxtı və ətraf ərazilərdə 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsi nəticəsində başlayan iğtişaşlar zamanı Elton Conun konsertinə getdiyini əks etdirən görüntülər də yayılıb.

AzerTimes xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, Emmanuel Makron və xanımı Bricit Makronun Elton Conun konsertində olmasını Fransanın müxalifətdən olan deputatı Jan-Filipp Tanqi ötən gün öz sosial şəbəkə hesabında bildirmiş və onların Elton Conla konsertdən olan fotosunu paylaşmışdı.

Deputat bildirmişdi ki, Fransada iştişaşların baş alıb getdiyi bir vaxtda Makron xanımı ilə Parisdə konsertə gedir. Deputat Terri Mariani isə bu addımı məsuliyyətsizlik adlandırmışdı.

Yelisey sarayı isə məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, Fransada 17 yaşlı Əlcəzair əsilli yeniyetməni Fransa polisi sükan arxasında güllələyərək qətlə yetirib. Bunun ardınca ölkədə iğtişaşlar başlayıb.

Teqlər: