Fransa Bakıya qarşı: BMT TŞ nəyi müzakirə edəcək?

Fransa Bakıya qarşı: BMT TŞ nəyi müzakirə edəcək?

Fikrimcə, Fransanın növbəti BMT təxribatı da heç bir nəticə verməyəcək. Çünki əllərində Azərbaycana qarşı heç bir tutarlı fakt yoxdur.

Bu sözləri AzerTimes-a Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan arasındakı və Xankəndi yolundakı vəziyyəti müzakirəyə çıxarması haqqında danışan politoloq Elşən Məcidov deyib. Ekspert Fransanın sözügedən həmləsindən də ciddi bir nəticə gözləmədiyini yazıb:

“Fransa və bir sıra dovlətlər ikiüzlülük edərək Azərbaycanı guya Qarabağdakı erməniləri blokadaya almaqda günahlandırır. Amma bu, tamamilə əsassızdır. Çünki beynəlxalq hüquqa görə, blokada ancaq liman və sahillərin bağlanılmasına aiddir. Digər tərəfdən blokada bir dövlətin başqa dövlətə qarşı ordunun vasitəsilə həyata keçirtdiyi bir addımdır. Bizdə isə bunların heç biri müşahidə olunmur. Azərbaycan öz ərazisində aksiya keçirir, aksiyanın da məqsədi və hədəfi bəllidir. Fransanın insan hüquqları-filan vecinə deyil. Onu maraqlandıran ölkənin müəyyən biznes dairələrinin erməni biznesmenlərlə birlikdə Qarabağda çapıb-taladıqları milli sərvətimizdən əldə etdiyi gəlirdir. Əgər belə olmasa idi, boş ittihamlar səsləndirmək yerinə, öz media orqanlarını real vəziyyəti yerində araşdırmaq və görmək üçün çoxdan Qarabağa göndərmişdilər. Biz doğru yoldayıq, ona görə heç nədən çəkinmədən öz tələblərimizi səsləndirməyə davam etməli, məqsədimizə nail olmalıyıq”.

Teqlər: