Fransa Bakıda qadınlar arasında tamblinq üzrə komanda hesabında dünya çempionu oldu

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında qadınlar arasında tamblinq üzrə komanda hesabında Fransa qalib gəlib

Trend-in məlumatına görə, 99.400 xal toplayan Fransa komandası qızıl medallara layiq görülüb.

İkinci yeri 98.400 xalla Belçika, üçüncü yeri 98.100 xalla Böyük Britaniya tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: