Fransa Assancın istəyini rədd etdi

Fransa Assancın istəyini rədd etdi

Vikiliksin yaradıcısı Culian Assancın Britaniya həbsxanasından Fransaya köçürülmək üçün icazə tələbi Kretey kommunasının məhkəməsi tərəfindən rədd edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Liberation” qəzeti məlumat yayıb.

Məhkəmədə vurğulanıb ki, Fransa qanunlarına görə, sığınacaq istəyən şəxs ya Fransada, ya da AB ölkələrinin birində olmalıdır. Assanc bu tələblərə cavab vermədiyindən onun icazə istəyi rədd edilir.

Teqlər: