Koronavirusun davamlı yayılması səbəbindən Fransa hakimiyyəti Avropa İttifaqı (Aİ) xaricindəki ölkələrə və ya oradan gəlməyi planlaşdıran hər kəs üçün sərhəd keçməsini qadağan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Jan Kasteks bildirib.
Baş nazir bildirib, bu tədbir yanvarın 31-də saat 00:00-dan qüvvəyə minir:
“Xüsusi hallar xaricində Aİ ölkərindən xaric Fransa sərhədindən bütün giriş və çıxışlar qadağandır. Fransa xaricindən Aİ ölkələrinə bütün səfərlər, sərhəd bölgələrində yaşayan işçilər başqa yalnız [mənfi] PCR testi ilə mümkündür”.