Frank-Valter Ştaynmayer Türkiyəyə gəlir

Frank-Valter Ştaynmayer Türkiyəyə gəlir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, o, səfər çərmivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır.

Frank-Valter Ştaynmayer İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.

Bundan başqa, Berlin ilə Ankara arasında müxtəlif sahələrdə əlaqələrin müzakirə olunacağı da gözlənilir.

Teqlər: