Formula tamaşaçıları üçün sürpriz əyləncə proqramları olacaq – Turab Teymurov

Bu il Formula 1 yarışları çərçivəsində tamaşaçılar üçün sürpriz
əyləncə proqramları olacaq.

Bunu AzerTimes-a açıqlamasında Formula1 Azərbaycan Qran Prisinin
mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, pandemiya səbəbindən bu il axşam konsertləri
olmayacaq: “Ancaq bilet sahibləri heç də məyus olmasınlar. Çünki
onlar üçün Dənizkənarı Milli Parkda əyləncəli proqramlar
olacaq”.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda
keçiriləcək.

Teqlər: