Formula-1 yarışları Bakıdan kənarda keçirilə bilərmi?

Formula-1 yarışları Bakıdan kənarda keçirilə bilərmi?

Formula-1 yarışlarının respublikanın başqa bölgəsinə köçürülməsi müzakirə mövzusu deyil.

Bu sözləri AzerTimes-a Bakı Şəhər Halqasının Kommunikasiya şöbəsinin məsul şəxsi Arzu Hüseynova Formula-1 yarışlarının başqa şəhərimizə köçürülməsi haqda səsləndirilən təkliflər barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu yarışın məhz Bakıda keçirilməsi təsadüfi deyil:

“Məqsəd Bakımızı, mədəniyyətimizi, şəhərimizin gözəlliyini bütün dünyaya nümayiş etdirməkdir. Bilirsiniz ki, yarış zamanı ölkəmizi 200-dən artıq beynəlxalq media nümayəndəsi izləyir. Dünyanın gözü Azərbaycanda olur və biz çalışırıq ki, Bakı şəhərinin mərkəzini, onun memarlıq üslubunu, qədimliyini və müasirliyini bu vasitə ilə dünyaya çatdıraq”.

Teqlər: