Formula 1 keçirilən ərazidəki məktəblər distant təhsilə keçəcək?

Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən
yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var.
Təhsil nazirliyi əsasən bu məsələni həmin məktəblərin rəhbərləri və
valideynləri ilə müzakirə edir.

Trend-in məlumatına görə, bunu təhsil naziri
Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, yarışların əksəriyyəti həftəsonuna təsadüf
edir.

“Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən
qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəbin rəhbərliyi
və valideynlər həmin günlərdə ictimai nəqliyyatla məktəbə gəlməyi
uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün
olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna
bilər”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun
tarixlərində baş tutacaq.

Teqlər: