Formula 1 ilə bağlı tikinti işlərinin başa çatacağı tarix açıqlanıb

Bakı Şəhər Halqası şəhər treki olduğundan tikinti işləri
yarışadək bitəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı
düşünürük.

AzerTimes-ın
məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH)
Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma
işlərinə də start verilib.

“Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata
keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək.
Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə
qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar.
Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”, – deyə o
əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022 iyunun
10-12 tarixlərində baş tutacaq.

Teqlər: