Bakı Şəhər Halqası ilə bağlı tikinti-quraşdırma işlərini iyunun
6-dək yekunlaşdırmağı düşünürük.
AzerTimes-ın
məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH)
Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma
işlərinə start verilib.
“Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata
keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək.
Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə
qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar.
Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”, – deyə o
əlavə edib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il
iyunun 10-12-i tarixlərində baş tutacaq.