Formula 1-ə gələn hər turist orta hesabla 3000 dollar pul xərcləyir

Formula 1 Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Bakıya gələn
turistlərin hər biri ölkəmizdə orta hesabla, 3000 dollar pul
xərcləyir.

Bunu Trend
Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, Formula yarışına baxmağa gələnlər adətən,
maddi imkanları yüksək olan fanatlardır.

“Formula yarışına baxmaq üçün Bakıya gələn turistlər daha çox 5
ulduzlu hotellərdə qalır, ölkənin digər turizm imkanlarından
istifadə edirlər. Pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu
üçün ölkəmiz Formula 1 yarışlarından çox da gəlir əldə edə bilmədi.
Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə gələcək
turistlərin sayı isə ən azından 2019-cu ildəki qədər olacaq”.

Ə.Qurbanov bildirib ki, Formula yarışları paytaxtda
keçirildiyindən turistlər əsasən Bakıda qalırlar:

“Əvvəlki illərdə apardığımız monitorinqlərə əsasən deyə bilərik
ki, həmin turistlər paytaxtın turistik yerlərində, ictimai-iaşə
obyektlərində kifayət qədər pul xərcləyirlər. Formula 1 yarışları
ilə əlaqədar əsasən Avropadan turistlərin gələcəyi gözlənilir.
İyunun ilk ongünlüyündə ölkəmizdə xarici turistləri tez-tez
görəcəyik”, – Assosiasiya sədri vurğulayıb.

Teqlər: