“FlyOne Ermənistan” şirkəti məhkəməyə verilir

“FlyOne Ermənistan” şirkəti məhkəməyə verilir

Dubaydan İrəvana qayıtmaq istəyən sərnişinlər “FlyOne Ermənistan” şirkətini məhkəməyə verməyə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə sərnişinlər erməni mətbuatına açıqlamasında deyiblər.

Sərnişinlər şirkətin onlarla kobud rəftarına və bilet üçün ödədikləri məbləği geri qaytarmadığna görə, məhkəməyə müraciət edəcəklərini deyiblər:

“Şirkət pulu bizə qaytarmayıb. Bizimlə heç kim əlaqə saxlamayıb. Şirkət özü heç bir izahat verməyib”.

Qeyd edək ki, 9 və 11 may tarixlərində Dubayın aviasiya rəhbərliyi İrəvan-Dubay reysini yerinə yetirən “FlyOne Armenia” aviaşirkətinin təyyarəsinin Dubayda enişini qadağan etmişdi.

Teqlər: