Floridada yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

ABŞ-ın Florida ştatında yaşayış evinin çökməsi nəticəsində ölənlərin sayı artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.

Onun sözlərinə görə, ötən gecə ərzində daha 4 nəfərin meyiti tapılıb: “Ölənlərin sayı 9 nəfərə çatıb”.

Dairənin rəhbəri vurğulayıb ki, xilasetmə əməliyyatı davam etdirilir.