ABŞ-ın Florida ştatında yaşayış evinin çökməsi nəticəsində ölənlərin sayı artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.
Onun sözlərinə görə, ötən gecə ərzində daha 4 nəfərin meyiti tapılıb: “Ölənlərin sayı 9 nəfərə çatıb”.
Dairənin rəhbəri vurğulayıb ki, xilasetmə əməliyyatı davam etdirilir.