ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.
Onun sözlərinə görə, bu gün dağıntılar altından daha 4 nəfərin meyiti tapılıb və ölənlərin ümumi sayı 64 nəfərə çatıb: “Daha 4 nəfərin meyiti tapılıb. Ümumilikdə 64 nəfərin ölümü təsdiqlənib”.
Dairənin rəhbəri əlavə edib ki, 76 nəfərin taleyi hələki məlum deyil.